İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq...

1616 27.12.2022 16:00 Yazarlar A A

“Şeytan yuvası”nda separatçılar arasında çəkişmə və didişmə başlayıb. Bu prosesi yəqin ki, biz də diqqətlə izləməliyik. Ən azından, “iki pisdən ən yaxşısı”nı müəyyən eləmək baxımından.

Məlumatlara görə, Qarabağda qanunsuz yerləmiş erməni oliqarx-dələduz Ruben Vardanyanla “təhlükəsizlik şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibət xeyli gərginləşib. “Hraparak” qəzeti yazıb ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında möhkəmlənmiş kriminal rejimin rəhbərliyində ciddi fikir ayrılığı yaranıb. İddialara əsasən, Qarabağ məsələsində güzəştə getməyə hazır olanların heç biri yeni “hökumət”də yer almayacaq. O da bildirilir ki, formal separatçı-başı Araik Arutyunyanla da Balasanyanın münasibətləri yaxşı deyil.

Maraqlıdır ki, Araik bazar günü zorən (pul, hədə və s. yolu ilə) təşkil edilən mitinqdə çıxış etməyib. “Bizə onu da bildirdilər ki, əgər əvvəllər Vito (Balasanyan – Z.S.) ruslar və azərbaycanlılarla danışıqlar aparan şəxs idisə, indi o, ikinci plana çəkilib. Srağagün o, mitinqdə belə iştirak etməyib”, – nəşr ardınca qeyd edib.

Qəzet həmçinin yazıb ki, Vardanyan Arutyunyanı seçim qarşısında qoyub: “Ya mən, ya da Balasanyan”. İddialara görə, tezliklə Balasanyandan getməsi istəniləcək.

Şübhə yox ki, mitinqlərə böyük pullar xərcləyən Ruben Vardanyan anklavda şəriksiz lider olmağa, hamını özünə tabe etdirməyə çalışır. Ən əsası, öz qarşısına o, anklavı Azərbaycandan tamamilə qoparıb nəzarətsiz, “boz kriminal zona”ya çevirmək, “dövlətcik” oyununu davam etdirmək hədəfi qoyub. Beləcə, suverenliyimizi və ərazi bütövlüyümüzü açıq təhdid eləmək kimi avantürist yol tutan Ruben xaricdən, ələlxüsus Fransadan informasiya dəstəyi görəndən sonra daha da quduraraq, Azərbaycan dövlətinə əməlli-başlı meydan oxuyur.

WhatsApp Image 2022-12-27 at 16.00.23.jpeg (69 KB)

Bakının bu pullu dələduzla bağlı mövqeyi məlumdur: Ruben adlı it nə qədər ki, başı çiynindədir, oradan rədd olub getməlidir! Vardanyan Azərbaycan dövlətinin iradəsinin nəylə yekunlaşa biləcəyinin fərqində olmamış deyil. Odur ki, sadə ermənilərdən özünə indidən ictimai bufer, yaxud “toxunulmazlıq” avantajı, “təhlükəsizlik yastığı” düzəltmək istəyir. Ki az sonra desin: “mən hara çıxıb gedə bilərəm, əgər artsax xalqı məni özünə lider, qəhrəman sayırsa”. Bu yolla təbii ki, beynəlxalq birliyi də öz çirkin məqsədləri naminə təhdid eləməyi düşünür...

Söz yox ki, Azərbaycan Qarabağ üzərində öz suverenliyini daha da möhkəmlətdikcə, anklav ətrafında siyasi-diplomatik çənbər daraldıqca radikal separatçı ünsürlərin erməni icması üzərindən manevr imkanları da azalacaq, ümumiyyətlə bu məxluqların orada qalması və yaşaması dözülməz hala gələcək. Paralel surətdə mötədil düşüncəli, Azərbaycan xalqı ilə barışıq tərəfdarı olan ermənilərin mövqeyi güclənəcək, sözü daha kəsərli olacaq.

Bu mənada Bakının Qarabağ erməniləri ilə bağlı nəhayət, bitkin, konstitusiyamıza və beynəlxalq hüquqa söykənən “yol xəritəsi”ni tezliklə ortaya qoyması və ardıcıl həyata keçirməsi “Şeytan yuvası”ndakı “qaynar başlar” üçün çox effektli təsir və “müalicə” vasitəsi ola bilər. Ən önəmlisi, vardanyanların əlinin hər hansı şəkildə güclənməsinə imkan vermək olmaz. O cümlədən Laçın-Xankəndi yolunda davam edən aksiya ilə bağlı.

Ehtimalı var ki, 25 dekabr mitinqindən sonra eyforiya yaşayan Vardanyan yataqlarda monitorinq məsələsində daha radikal mövqe tutacaq. O zaman etiraz aksiyasını müvəqqəti dayandırıb, həmin yataqların qanunsuz istismarı ilə məşğul olan müəssisəni və ya tikililəri 1-2 raket zərbəsi ilə (“Bayraktar“la) yerlə bir eləmək olar. Görək ondan sonra hansı erməni gəlib orda işləyəcək.

Əmin olun, belə bir preventiv zərbə bu şərəfsizin olan-qalan “imicini” də basdıracaq, mitinq eyforiyasını sıfırlayacaq. Eyni zamanda, Bakı ilə anlaşma tərəfdarı olanların mövqeyini gücləndirəcək.

Hava hücumu üçün artıq bütün əsaslar, özəlliklə beynəlxalq hüquqdan qaynaqlanan zəmin tam hazırdır. Vardanyanın Qarabağda qanunsuz peyda olması, yəni sərhədimizi qanunsuz keçməsi, keçən kimi də Azərbaycan dövlətinə qarşı separatçı, terrorçu fəaliyyətə başlamasının doğurduğu hüquqi tutarqa da öz yerində.

Nəhayət, Bakının belə bir güc nümayişi 10 noyabr kapitulyasiya aktına da əsla zidd olmayacaq. Əksinə, onun əhəmiyyətini artıracaq. Rusiya “sülhməramlıları”nı Azərbaycana qarşı daha sayğılı davranmağa sövq edəcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR