İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar AÇIQLADI: Ordumuz Xankəndiyə bitişik Kərkicahanda! Detallar CANLI

2171 23.09.2023 12:00 Gündəm A A

Rusiya sülhməramlı kontingentinin hərbi heyəti Xankəndiyə 50 tondan çox humanitar yardım çatdırıb. Rusiya Müdafiə Nazirliyi belə məlumat yayıb. Məlumata əsasən, göndərilən humanitar yardımlarda ərzaq payı və gigiyena dəstləri və ilkin tələbat malları olub.

Kərkicahan qəsəbəsi Azərbaycan ordusunun nəzarətinə keçib. Qondarma rejimin sabiq “ombudsmanı” Artak Beqlaryan bunu söyləyib. O, bildirib ki, Kərkicahan qəsəbəsi hazırda Azərbaycan əsgərlərinin tam nəzarəti altındadır. Məlumata görə, qəsəbəyə bitişik Xankəndi məhəllələrində yaşayan erməni sakinlər oradan təxliyə olunublar.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR