İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı liderlərlə görüşən Lentsov onları əmin edib ki... - Araik də onu qəbul edib FOTO

1737 28.04.2023 11:17 Son xəbər A A

Aprelin 27-də Azərbaycanın Yuxarı Qarabağ torpağındakı 32 yaşlı separatçı-terrorçu rejimin qondarma “anti-böhran şurası”nın nümayəndələri yeni təyin olunmuş general-polkovnik Aleksandr Lentsovun rəhbərlik etdiyi Rusiya “sülhməramlı”ları ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu haqda məlumatı günorta saatlarında “Hraparak” nəşrinə “anti-böhran şurası”ının yeni seçilmiş sədri Tqran Petrosyan çatdırıb.

“Bir sıra məsələlər müzakirə olundu, lakin əsas diqqət üçtərəfli sazişin pozulmasına yönəldildi. Qeyd etdik ki, müharibədən sonrakı hadisələrin ardıcıllığı ona gətirib çıxardı ki, Qarabağda Rusiya sülhməramlılarına ictimai etimad kəskin şəkildə azaldı. Və biz ən qısa zamanda Laçın dəhlizinin blokunun açılmasını tələb etdik” - deyə T.Petrosyan bildirib.

Separatçının sözlərinə görə, Lentsov əmin etdib ki, Laçın yolunun açılması hazırda onun üçün prioritet vəzifədir və bildirib ki, o, bu saat məhz həmin yolun ən qısa zamanda açılmasıyla məşğuldur.

“Danışıqlar prosesinə gəlincə, biz açıq şəkildə bildirdik ki, Azərbaycanın şərtləri Artsax xalqı üçün qəbuledilməzdir və reinteqrasiya ilə bağlı danışıqlar istisnadır.

Sonda biz sülhməramlıların komandanlığıyla mütəmadi olaraq görüşmək, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq barədə razılığa gəldik”, - deyə T.Petrosyan çərənləyib.

Bu arada "Aysor" nəşrinin yaydığı məlumata görə, baş separatçı Arayik Arutyunyan da general Lentsovu qəbul (!) edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR