İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir? - ŞOK, AÇIQLAMA FOTO

3518 27.12.2022 12:07 Gündəm A A

Musavat.com məsələ ilə bağlı Şəbnəm Tovuzlunun meneceri ilə əlaqə saxlayıb. Menecer bildirib ki, müğənni onun haqqında yayılanlarla bağlı məlumatlı deyil:

"Şəbnəm xanım Azərbaycandadır, amma hazırda Bakıda deyil. Onun haqqında yayılanlardan nə özünün, nə də mənim xəbərim var".

***

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.

Musavat.com xəbər verir ki, SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.

Bu barədə "Təbriz-Turan" TV məlumat yayıb.

Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".

Qeyd edək ki, müğənni ötən gün İranın paytaxtı Tehranda və Qum şəhərində ziyarətgahlara baş çəkib.

İfaçı orda çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb. 

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR