İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran şəhərlərinə edilən hücumlara sərt cavab veriləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, SEPAH yaxın dəqiqələr ərzində cavab əməliyyatına başlayacağını bəyan edib.
Məlumata görə, potensial hədəflər ərəb ölkələrində yerləşən ABŞ hərbi obyektləri ola bilər.
Açıqlamada bildirilib ki, İran ərazisinə qarşı həyata keçirilən hücumlar cavabsız qalmayacaq və buna uyğun tədbirlər görüləcək.
Musavat.com






