İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Bu hiylədən İsrailin xəbəri olmayıb - HƏMAS liderləri gizli üsullarla...

2821 03.12.2023 10:40 Dünya A A

“HƏMAS-ın yüksək səviyyəli şəxsləri Məhəmməd Deif və Yəhya Sinvar təqib edildiklərindən xəbərdardırlar və bu səbəbdən mesaj göndərmək üçün xüsusi və gizli üsullardan istifadə edirlər. Nə hərbi kəşfiyyat, nə Shin Bet, nə də Mossad mükəmməl hiyləni anlaya bilib”.

Musavat.com xəbər verir ki, bu sözləri “The Jerusalem Post” qəzetinə danışan təhlükəsizlik mənbələri deyib.

"Nə hərbi kəşfiyyat, nə Shin Bet, nə də Mossad bunu anlaya bilərdi. Əgər başa düşsəydilər, sərhədi müdafiəsiz tərk etməz və sadə bir plan yerinə, qurudan və havadan əks-hücum planı hazırlayardılar" - mənbə bildirib.

Uzun müddət İsrail kəşfiyyatı tərəfindən izlənilən Deif və Sinvar 7 oktyabr hücumlarından əvvəl həssas şəkildə hazırlıq görüblər.

656b0b844e3fe021786d1b62.jpg (60 KB)

“The Jerusalem Post”a danışan mənbə HƏMAS-ın iki yüksək vəzifəli şəxsinin görüşlərini əsasən üzbəüz keçirdiklərini və mesajlaşma zamanı gizli üsullardan istifadə etdiklərini iddia edərək, “mükəmməl hiylə”ni heç kimin anlamadığını bildirib.

Məlumatlara görə, İsrail Müdafiə Qüvvələri (IDF) 2018-ci ildə “Tropik fruit” əməliyyatı zamanı HƏMAS-ın qalalarına dinləmə cihazları yerləşdirib. Bu dinləmə cihazlarının əksəriyyəti bölgənin bombardmanı zamanı məhv edilib, qalanları isə HƏMAS-ın əlinə keçib. 

"Geriyə baxanda, uğursuzluğun strateji olduğu görünür. İsrail ordusu aydın mənzərəni gördüyünü düşünürdü, onların zəif siqnallardan başqa heç nələri yox idi" - təhlükəsizlik mənbələri deyib.

Qeyd edək ki, HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Deif “Qonaq” kimi tanınır, çünki o, İsrail kəşfiyyatı tərəfindən tutulmamaq üçün hər gecə başqa bir fələstinlinin evində qalır.

HƏMAS-ın qurucu üzvlərindən biri olan 61 yaşlı Sinvar isə “HƏMAS-ın beyni” sayılır və İsrail administrasiyası onu “gəzən ölü adam” adlandırır. 1988-ci ildə iki İsrail əsgərinin ölümündən sonra həbs edilən Sinvar 2011-ci ildə əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılıb.

Sərbəst buraxıldıqdan sonra sürətlə yüksələn və HƏMAS-ın ikinci əsas adamına çevrilən Sinvar Qəzzanın faktiki hakimidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR