İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənayeni "doğma və ögey" müəssisələrə kim bölür? - Peşəkarları ölkədən qaçırmayaq!

519 29.07.2022 18:25 İqtisadiyyat A A

"Turizm hazırda dirçəlmə, bərpa olma prosesindədir. Müxtəlif təhdidlər haqqında yenə də məlumatlar gəzir - COVID-19-un yenidən canlanması, meymunçiçəyi xəstəliyinin yayılması, digər tərəfdən qitədəki hərbi əməliyyatlar və sair mənfi təsirlər turizmin tam bərpa olmasını ləngidir və proqnoz verməyi çətinləşdirir".

Bunu Musavat.com-a Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib. 

422052674_0_4_1280_727_600x0_80_0_0_d67d71330d74bb06d96962fb9636aac6.jpg (20 KB)

O qeyd edib ki, pandemiya böyük itkilərə gətirməsilə yanaşı, daxili turizmin canlanmasına da səbəb olub:

"Ötən illərdə xaricdə istirahətini planlayan insanlar bu gün buna imkanları olmadığından ölkənin bölgələrinə daha çox üz tuturlar. Bunun nəticəsində daxili turizm xidmətləri və müxtəlif turizm fəaliyyətləri canlanır. Bəzi yeni istiqamətlər üzrə də inkişaf dinamikası görürük. Bunların sırasında ekoturizm, kənd turizmi, ekstrim turizm, aqroturizm, qastroturizm kimi istiqamətləri qeyd edə bilərəm. Hava nəqliyyatı da bərpa olmaqdadır. Pandemiyadan öncə daha çox turist qəbul etdiyimiz ölkələrlə hava uçuşları artmaqdadır. Bu istiqamətlər əsasən ərəb ölkələrini, Pakistan, Hindistan və qonşu ölkələri əhatə edir".

c026ee7b-da39-3d58-91ee-822a250cbaf1_850.jpg (108 KB)

Vətəndaşlar qiymətlərdən niyə narazıdır?

Ölkəyə gələn turistlərin 20 faizi bölgələrə üz tutur. Əksər turizm fəaliyyətləri Bakı şəhərində baş verir. Ənənəvi turizm destinasiyalarında xaricilərin çox olması ilə əlaqədar qiymətlərin artması müşahidə olunur. Turizm təsisatları çalışırlar ki, xaricilərə xidmətlərini satsınlar və daha çox mənfəət qazansınlar. Belə halda yerli vətəndaşlara ya hotellərdə otaq çatmır, ya da qiymətlərdən narazı qalırlar. Hər halda bu fakt daha çox iri, 4-5 ulduzlu hotellərə aiddir. Digər tərəfdən, xarici qonaqların çoxalması kiçik və orta biznesin inkişafına təkan verir. Bu, təkcə hotellərə yox, o cümlədən ictimai iaşə obyektlərinə, əyləncə xidmətləri sektoruna, nəqliyyata da şamil edilə bilər. 

Ölkədə ekoturizm fəaliyyətləri artsın

Azərbaycanın bu sahədə kifayət qədər ehtiyatları var. Onlardan səmərəli istifadə edərək ekoturizm və açıq səma altında baş tutan turizm fəaliyyətlərini inkişaf etdirmək, geniş beynəlxalq auditoriya üçün müxtəlif bazarlara çıxarmaq mümkündür. Biz Azərbaycanı dünyaya təkcə işgüzar və şəhər turizmi, genişmiqyaslı beynəlxalq tədbirlər keçirən məkan kimi yox, eyni zamanda zəngin ekoturizm potensialı və yüksək ekoloji mədəniyyətə sahib olan turizm destinasiyası kimi də tanıda bilərik.

e9adac14eb228ddf75549dc0aab31aca.jpeg (103 KB)

Qeyd etdiyim istiqamətlər üzrə dövlət bir çox layihələr realizə edir, ancaq bu layihələrin səmərəli nəticə verməsi üçün bəzi hallarda səhvlər də görürük. Misal üçün, kənd evlərinin təmiri, inventarın alınması və sair bu kimi işlərin aparılması üçün maliyyə yardımları və yaxud digər dəstək paketləri görürük. Bu, təqdirəlayiqdir. Yalnız sual çıxır, əgər bu sahəni tənzimləyən normativ-hüquqi bazamız yoxdursa, ayrılan vəsaitlərin kənd sakinləri tərəfindən düzgün istifadə edilməsi şübhə altına düşür. Düşünürəm ki, proseslərin ardıcıllığı, sistemli yanaşma, şəffaflıq pozularsa, heç bir nəticə əldə edə bilmərik. Bu halda biz davamlı inkişaf fəlsəfəsini pozmuş olarıq.

Qiymətlərin tənzimlənməsi vacibdir

Dövlət kommersiya qurumlarının qiymət siyasətinə qarışmır, bu, birmənalıdır. Qiymətlərin tənzimlənməsinin yollarından biri sənayenin peşə birliklərində cəmlənməsindən də asılıdır. Yalnız sistemləşərək, şəbəkələşərək vahid qərarlar vermək, ümumi maraqları qorumaq, o cümlədən qiymətləri tənzimləmək mümkündür. Bu işdə də dövlət qurumlarının üzərinə məsuliyyət düşür. Sənayeni "doğma və ögey" müəssisələrə, təşkilatlara bölmək olmaz. 

cfdb5e94-1cbb-39b2-8253-4e5792c47be9_850.jpg (80 KB)

Peşəkarlara yol açaq, onları eşidək!

Burada yalnız bir prinsip ola bilər - o da peşəkarlara yol açmaq, onları eşitmək. Əfsuslar olsun ki, son illər ərzində sektorda bir sıra "feyk", "fantom" psevdo-ictimai təşkilatlar yaranıb. Onların fəaliyyəti bu gün heç kəsi razı salmır. Yalnız bir uğurlu yolumuz var - birləşərək, vahid mərkəzlərdən sənayeni tənzimləmək!

15602563514387960024_1000x669.jpg (211 KB)

Diqqət yetirsək, son illər ərzində yüzlərlə peşəkar xaricdə işləməyə üz tutur. Bunun səbəblərini araşdıran var? Hansı səbəbdən bəzi şəbəkələr rəhbər vəzifələrə xaricdən, özü də heç bir inkişafla fərqlənməyən Afrikadan, Asiyadan insanlar gətirirlər. Hamıya məlumdur ki, turizm və qonaqpərvərlik sənayesi beynəlxalq sektordur. Lakin düşünürəm ki, öz vətəndaşımızın, peşəkarlarımızın qədrini bilməliyik, onları ölkədə saxlamalıyıq.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR