İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator Menendezin Azərbaycana qarşı planı baş tutmadı

1128 15.09.2023 21:05 Yazarlar A A

Ermənistanın və Rusiyanın adamı senator Menendezin Azərbaycana qarşı planı baş tutmadı.

Dünən axşam saatlarında ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri senator Menendezin təşəbbüsü ilə Qarabağdakı humanitar vəziyyətə dair dinləmə keçirildi. Erməni lobbisinin əlində oyuncağa çevrilən və hazırda korrupsiya ittihamı ilə cinayət təqibinə məruz qalan Menendez özünün riyakarlığı və Azərbaycanafov çıxışı ilə hamını heyrətləndirdi. Bu adam beynəlxalq hüququn əsas normalarını, xüsusilə, ABŞ-ın dəfələrlə bəyan etdiyi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı prinsipini ayaqlar altına ataraq xalqımıza qarşı açıq nifrət və düşmən mövqeyini bir daha sərgilədi.

Rəsmi Bakının Laçın və Ağdam yolunun eyni vaxtda açılmasına razılıq verməsi və bu formulanın ABŞ-ın Dövlət katibi Blinken tərəfindən dəstəklənməsi faktını gözardı edən Menendez ABŞ və dünya ictimaiyyətini aldatmağa, ölkəmizi “etnik təmizləmə”də və "erməniləri blokadaya almaqda" ittiham etməyə cəhd etdi.

Bundan başqa, ermənidən çox erməni olan bu senator şahid kimi dinləməyə dəvət olunan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kimə açıq şəkildə təzyiq edərək, Departamentin Azərbaycana niyə sanksiya tətbiq etmədiyinə görə az qala onu təhdid etdi. Ancaq Menendezin Azərbaycana qarşı düşündüyü sanksiya planı baş tutmadı və Dövlət departamenti bu sərsəm təklifi dəstəkləmədi.

Özünün bəzi həmfikirlərini də bu provakativ çağırışa şərik etməyə çalışan Menendezin başqa bir ikiüzlülüyü və riyakarlığı da üzə çıxdı. Ukrayna müharibəsinə görə Rusiyanı “şeytanlaşdıran” bu adam dəfələrlə 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata istinad etdi, Qarabağda erməniləri “xilas” etmək üçün dolayısı ilə Rusiya sülh məramlılarından imdad diləməyə və Rusiyanın bölgədə barışdırıcı rolunu qabartmağa başladı. Görün, ermənilərin pulu nə qədər şirin və vazkeçilməzdirsə, Menendez və onun bəzi həmkarları Rusiya ilə Ukraynada döyüşən ABŞ-ın bütün çıxarlarını heçə sayaraq, Rusiyanı Cənubi Qafqaz üçün gərəkli və qiymətli oyunçu kimi qələmə verməyə çalışdılar və Qarabağ erməniləri naminə Rusiya ilə əməkdaşlığın vacibliyini qeyd etdilər. Həqiqətən, bütün bunları seyr etmək ABŞ adına çox ürəkbulandırıcı və biabırçı idi.
Yadda qalan maraqlı epizodlardan biri də o oldu ki, senator Rikkertsinin Ermənistanın Rusiyanı iqtisadi sanksiyalardan qorumaq üçün onunla işbirliyində olduğunu göstərən faktları söyləməsinə və bunun ABŞ-ın siyasətinə zidd olduğunu deməsinə baxmayaraq, nə senatorlar, nə də Yuri Kim ya erməni lobbisinin qorxusundan, ya da bilərəkdən bu məsələni şərh etmədilər.

Dinləmələrlə bağlı gəldiyim yekun qənaət budur ki, Menendez kimi koorupsioner və riyakar siyasətçilər təkcə ABŞ-ın regiondakı maraqlarına zərbə vurmur, eyni zamanda, şəxsi maraq qarşlığında müdafiə etdiyi ermənilərə də əlavə iztirab gətirir, bölgədə etnik nifrəti və qaşıdurmanı körükləyir, sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur.

ABŞ və Avropa İttifaqı bu kimi senatorların və siyasətçilərin korrupsiya maraqlarının qurbanı olmamaq üçün Azərbaycanın ədalətli və konstruktiv mövqeyini daha çox dəstəkləməli və sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistanı adekvat addımlar atmağa sövq etməlidir. 

Screenshot_1.png (741 KB)

Azay Quliyev, millət vəkili

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR