İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

415 08.04.2022 11:23 Kriminal A A

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elgün Məmmədov və Rüfət Quluzadə saxlanılıb. Onlar üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkarlanaraq götürülüb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni 105 manata satan Gəncə şəhər sakini Orxan Qasımov da saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə satmasını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR