İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

244 31.07.2022 08:31 Hadisə A A

Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Birinci küçəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobililə yük maşının toqquşması nəticəsində 2004-cü il təvəllüdlü S. Qurbanov və 1994-cü il təvəllüdlü Ə. Orucov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR