İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə market işçisi olan qadın bıçaqlanıb

501 22.07.2024 09:16 Kriminal A A

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Laləzar Əhmədova mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, zərərçəkən Şəmkir şəhərində yerləşən marketlərin birində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR