İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə 33 yaşlı kişi qətlə yetrilib

677 08.04.2022 23:44 Kriminal A A

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində iki sürücü arasında düşən mübahisədə biri digərini qətlə yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Şəmkir rayon Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayon sakini 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR" tipli yük maşını ilə hərəkətdə olan zaman, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb.

Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR