İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...

1103 11.10.2022 12:19 Kriminal A A

Son iki ay yarım ərzində Şəki şəhərinin Dağdibi adlanan ərazisində üç gənc intihar edib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, son olaraq oktyabrın 9-u, gecə saat 01 radələrində şəhərin həmin ərasindəki Nəriman Nərimanov küçəsində, bağ sahəsində 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadə özünü asaraq intihar edib.

Sentyabrın 19-da elə həmin küçədə Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimov canına qıyıb. O da özünü asıb.

Bu ilin 24 iyul tarixində gecə saat 03 radələrində isə N.Nərimanov küçəsinə qonşuluqda yerləşən Muxtar Hacıyev küçəsində 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov eyni üsulla həyatına son qoyub.

Şəkidə son iki ay yarım ərzində eyni ərazidə 3 gəncin oxşar üsulla intihar etməsi sakinlərin narahatlığına səbəb olub.

Hazırda baş vermiş hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR