İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar Məmmədyarovdan növbəti QƏLƏBƏ

1111 15.11.2022 09:37 İdman A A

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsinə qələbə ilə başlayıb.

Musavat.com-un məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR