Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım uşaqlarda mövsümi allergiya haqqında olacaq.
Musavat.com xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Çinarə xanıma ünvanlaya bilərsiniz.