İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid atası vəfat etdi- FOTO

774 09.07.2024 15:26 Son xəbər A A

Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Bu barədə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, şəhid atası bu gün xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub.

Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib, Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Vətən müharibəsində - 2020-ci il sentyabrın 30-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR