İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

794 24.02.2023 16:34 Siyasət A A

Bu gün Vyanada ATƏT PA-nın qış sessiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Marqareta Sederfeltə təşəkkür edib.

Musavat.com-un xəbərinə görə, Azay Quliyev bildirib ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.

"Azərbaycan terror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalandırılmasını gözləyir" - deyə deputat fikrini yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR