İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirimiz etimadnaməsinin surətini İsrail XİN-ə təqdim etdi

539 02.03.2023 22:17 Siyasət A A

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.

Musavat.com xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.

Həmçinin, Gil Haskel də tviterdə paylaşım edərək bildirib ki, Azərbaycanın İsraildəki ilk səfirindən etimadnaməsinin surətini alıb:

“Muxtar Məmmədov, İsrailə xoş gəldiniz!”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR