İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidə “mən də varam” deyənlər...

1983 24.12.2023 10:14 Yazarlar A A

İmzaların heç 5 faizini toplamağa imkanı olmayanlar niyə prezidentliyə namizədliklərini irəli sürürlər?

İş elə gətirib ki, Azərbaycanda növbədənkənar seçki Rusiyada da 15-18 mart mart aralığında keçiriləcək prezident seçimi ilə üstü-üstə düşüb. Rusiyada seçki kampaniyası üçün zaman bir az çoxdur, amma həm imza toplanması, həm namizədlərin irəli sürülməsi prosesi Azərbaycanla paralelik təşkil edir.

Putin məlum, özü namizədliyini irəli sürüb, amma “ Vahid Rusiya” Partiyası da daxil olmaqla, bir neçə siyasi təşkilat artıq siyasi konsilidasiya yaradaraq indiki prezidentin qələbəsi üçün çalışacaqlarını bəyan ediblər. Hələ də qismən stabil elektorata malik Kommunist Partiyası(namizədi 75 yaşlı deputat Nikolay Xaritonov) və xarizmatik lideri Jirinovskinin ölümündən sonra cəmiyyətdə nüfuzu xeyli geriləyən liberal-demokratlar öz namizədləri(sədr Leonid Slutski) ilə çıxış etməyə qərar veriblər. MSK namizədləyi irəli sürülənlərin sənədlərini qəbul edəcəyi halda, onlara imza toplamaq üçün vərəqələr veriləcək.

maxresdefault (57).jpg (136 KB)

Namizədliyini irəli sürməklə diqqətləri üzərinə çəkmiş Yekaterina Duntsovanın adı dekabrın 21-də MSK-nın siyahısında göründü, lakin dekabrın 23-də rəsmi olaraq ona “təşəbbüs qrupunun sənədlərində 100-dək səhv olması səbəbindən” imza toplamağa başlamağa icazə verilmədi. Jurnalist və hüquqşünas olan Duntsova Rjev şəhər şəhər dumasının keçmiş deputatıdır, fəal ictimaiyyətçidir. O, Ukraynada hərbi əməliyyatların dayandırılmasına, demokratik islahatlara və siyasi məhbusların azad edilməsinə tərəfdarıdır. Məzahir Pənahov kimi “uzunömürlü” Rusiya MSK-nın sədri Ella Panfilova Duntsovaya “gənc və gözəl xanımınsız, sizin gələcəyini hələ qarşıdadır” deyərək təskinlik də verib. Duntsova isə bu dəfə “Yabloko” liderinə onun namizədliyini irəli sürməklə bağlı müraciət edib. (Qanunla təşəbbüs qrupunun yenidən onun namizədliyini irəli sürməsi yasaqdır). “Yabloko” lideri Qriqori Yavlinski təklifdən imtina etib, Duntsova isə hüquqlarını qorumaq üçün Ali Məhkəməyə şikayət verməyə hazırlaşır.

170334384145897276_1200x630.jpg (404 KB)

Maraqlıdır ki, anti-Putin əhval-ruhiyyəli yerli media dərhal Duntsovanın personasına ciddi diqqət yetiriblər, ondan müsahibələr alıblar. Duntsova isə açıqlamaları ilə onların “ümidlərini doğrultmayıb”. Xüsusilə “mən heç vaxt xalqı küçələrdə etiraz etməyə çağırmaram” deyərək... Baxmayaraq ki, yola saldığımız həftə ərzində prezidentliyə namizədliyini irəli sürənlərin sayı 16 nəfərdən, 29 nəfərə çatıb, Rusiyanın etirazçı elektoratı ətrafında toplaşacaq namizəd tapmırlar.

Azərbaycanda fevralın 7-də keçiriləcək seçki ilə bağlı kifayət qədər aydın mənzərə var. Müxalifət canını “boykot”la qurtarıb. 2020-ci ilin sentyabrı 27-dən başlanan Vətən müharibəsi 2023-cü ilin 19-20 sentyabrında Qarabağda Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Prezident Əliyevin siyasi opponentlərindən fərqli olaraq xalq nə baş verdiyinə qiymət verə bilmək bacarığındadır. Xalq kimin nə niyyətli olduğunu, kimin “dil qəhərəmanı”, kimin gerçəkdən Azərbaycanın maraqlarına xidmət etdiyini ayırd edəcək qədər yetkinləşib.

1476697722673164259.jpg (985 KB)

Prezident seçkisi 15 ay sonra keçirilsəydi, İlham Əliyevin qələbəsi yenə də şübhə doğurmayacaqdı. O səbəbdən nəzərə almaq lazımdır ki, Qarabağın azadlığı ilə asan müxalifətçilik dövrü artıq keçdi. Qarşısına qoyduğu və xalqa vəd etdiyi hədəfə çatan, təkbaşına diplomatik cəbhədə də mübarizə aparıb Şuşa və Xankəndi qələbəsi ilə rəsmiləşdirən Ali Baş Komandan İlham Əliyevin siyasi rəqibi qalıbmı? Kim son üç ildəki ölçüyəgəlməz uğurundan sonra İlham Əliyevə alternativ siyasətçi kimi irəli çıxa, “mən də varam” deyə bilər ki? Obyektiv olsaq, bu sualın cavabı ritorikdir. 2023-cü ilin dekabrında belə bir partiya! Yoxdur belə bir müxalifət lideri! Yəni gerçəklik budur.

YAP rəsmi olaraq İlham Əliyevin namizədliyini irəli sürməsə də olardı. Əslində bu dəfə İlham Əliyevin namizədliyinin bir partiya çərçivəsinə salınmaya bilərdi. Eləcə də bu qədər namizədə də...

1681819107_1660304758_15.jpg (941 KB)

İndi də son günlər ”modaya” saldılar, namizədliklərin rəsmən qeydə alınması üçün lazım olan imzaların heç 5 faizini toplamağa imkanı olmayanlar da prezidentliyə namizədliklərini irəli sürürlər. Yaşı qanunla namizəd olmağa imkan verən vətəndaşın hüququdur. Amma bunu yalnız publika xatirinə etmək zərərli işdir, hətta mənasız əyləncədir.

MSK tutaq ki, namizədliyi irəli sürməyi qeydə aldı, bəs sonra. Bəziləri imza verəqəsi götürə bilsə, yəqin özündə xatirə kimi saxlayacaq. Həm də bu adamların bəzilərinin adını geniş ictimaiyyət heç eşitməyib. Azərbaycan balaca ölkədir, “başı ilə ayağı” 500 kilometrdir, adı çəkmirəm, amma etiraf edim ki, onun namizədliyi haqda eşidəndə kim olduğunu xatırlamaq üçün əlahəzrət “arama motoruna”-googlenin axtarış proqramına müraciət etməli oldum. Prezident postuna namizədlik olsa belə, bu cür qeyri-ciddi münasibət doğrusu, adamı məyus edir.

7 fevralda heç kim seçdiyi namizədə səs verdiyi üçün məyus olmayacaq, əsas olan da budur...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR