İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta BÜLLETEN skandalı - Şirkətlər işçilərin arxasınca xüsusi XƏFİYYƏLƏR saldı

736 21.07.2026 09:39 Dünya A A

İspaniyada işəgötürənlər əməkdaşlarının bülletendə (xəstəlik məzuniyyətində) həqiqətən xəstə olub-olmadıqlarını yoxlamaq üçün özəl xəfiyyələr tutmağa başlayıblar.

Musavat.com xəbər verir ki, "El País" nəşrinin yazdığına görə, 2008-ci ildən bəri İspaniyada xəstəlik məzuniyyətinə çıxanların sayı təxminən iki dəfə artıb.

İşəgötürənlər isə bu problemin qarşısını almaq üçün kifayət qədər qeyri-adi bir üsul tapıblar.

Əgər işçinin bülletendə olduğu halda özünü yaxşı hiss etdiyinə dair şübhələr yaranarsa, şirkətlər özəl detektivlər tutaraq onların izlənilməsinə start verir. İspaniya qanunvericiliyi buna tam icazə verir. Detektiv şəxsi ictimai yerlərdə izləyə, videoya çəkə və əldə etdiyi bütün sübutları məhkəməyə təqdim edə bilər.

Artıq ilk "qurbanlar" da var. Çəliklə gəzən və axsayaraq hərəkət edən bir nəfərin gizlicə idmanla məşğul olduğu ortaya çıxıb.

Belində şiddətli ağrılar olduğunu iddia edən digər bir işçi isə avtotəmizləmə sexində işləyərkən tutulub.

Lakin xəstəlik məzuniyyətində ikən sadəcə evdən kənara çıxmaq hələ cinayət sayılmır.

Məsələn, depressiya diaqnozu ilə bülletenə çıxan bir əməkdaşın barlarda gəzdiyi məlum olsa da, məhkəmə işçinin tərəfini tutub. Məhkəmə qərara alıb ki, bu cür gəzintilər və sosiallaşma onun psixoloji cəhətdən bərpa olunmasına kömək edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR