İnsanlara hürriyət, millətlərə istiqlal!

Sasunyan: “Ermənistanda eyni vaxtda bir neçə nazirin məzuniyyətə çıxması şübhəlidir”

614 17.07.2024 16:21 Region A A

“Ölkə liderləri, bir qayda olaraq, bir neçə gündən, maksimum bir həftədən çox məzuniyyətdə olmurlar. Ermənistan baş nazirinin bir aylıq məzuniyyətə çıxmaq qərarı şübhəli olmasa da, ən azı qəribə görünür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “The California Courier” qəzetinin baş redaktoru Arut Sasunyan deyib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın uzun müddətdir ölkədə olmaması daha qəribə görünür, xüsusən də Ermənistan ətrafındakı çətin vəziyyət - yeni hücum təhlükəsi, sərhədlərdə gərginlik, daxili parçalanma nəzərə alınsa, bu, daha əcaib hal alır.

“Belə uzunmüddətli məzuniyyətə getmək qərarı sadəcə şokedicidir. Ermənistanda yığılıb qalan problemləri nəzərə alsaq, hakimiyyət 24 saat işləsə də, onların bəzilərini hələ də tam həll edə bilməyəcək. Baş nazirin şəxsi səfərinin nümayişi və şəxsi videoların daim internetdə yerləşdirilməsi də qəribədir”, - deyə Sasunyan bildirib.

Onun üçün daha bir şübhəli və qəribə məqam bir neçə əsas məmurun eyni vaxtda məzuniyyətə getmək qərarıdır. Belə ki, Paşinyanla yanaşı, parlamentin spikeri, baş nazirin müavini Mger Qriqoryan, eləcə də xarici işlər naziri Ararat Mirzoyan və maliyyə naziri Vahe Ovannisyan da 10 günlük məzuniyyətə çıxırlar.

“İnanmaq çətindir. Bu, təhlükəsizlik baxımından qəbuledilməzdir. Belə çıxır ki, bir neçə əsas məmur eyni vaxtda istirahət edəcək. Ermənistanda idarəçiliyin adi qaydalarına belə əməl edilmir. Belə görünür ki, ölkə məktəbəqədər təhsil səviyyəsində idarə olunur. Ən geridə qalmış ölkədə belə hadisə baş vermir”, - deyə Arut Sasunyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR