İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: “...Paşinyanın müstəqillik günü ilə bağlı bəyanatı Ankarada yazılıb”

552 23.08.2023 17:25 Siyasət A A

 

“Məndə belə təəssürat yaranıb ki, Nikol Paşinyanın “İstiqlal Bəyannaməsi” ilə bağlı mesajı Ankarada yazılıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (lideri Serj Sərkisyandır)  icra orqanının üzvü Eduard Şarmazanov teleqram kanalında yazıb.

“Mən Paşinyanın Müstəqillik bəyannaməsi ilə bağlı mesajını oxudum. Əslində, Nikol müstəqillikdən danışanda Ermənistanın mövcudluğunu Türkiyə ağalığı altında başa düşür.

Əslində, Nikol da Ərdoğan və Əliyev kimi erməni xalqını “qarşıdurmada” və “qonşularla münaqişədə” ittiham edir.

Əslində, o, Boltonun “tarixi nümunələrin rədd edilməsi” tezisini məharətlə həyata keçirərək “türklərin ayaqları altında” itaətkar və “dinc” həyata çağırır.

“Hökumətin qəbul etdiyi sülh gündəliyi müstəqillik gündəmidir, çünki biz sülhdə olsaq, müstəqilliyimiz də möhkəmlənəcək. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, səmalarmızda gəzəcək”-bunu da Paşinyan deyib

Bu nədir… Bu sözlərlə Nikol, “SSRİ-nin ruhundan” ayrılmağa paralel olaraq “Türkiyə ruhunu” Ermənistanın başına gətirir”,-deyə Şarmazanov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR