İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Lekler Bəhreyn Qran-prisinin qalibi olub

259 20.03.2022 23:42 İdman A A

Saxir avtodromunda "Formula 1" üzrə Bəhreyn Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, mövsümün ilk yarışında qalib adını "Ferrari" pilotu Şarl Lekler qazanıb.

Onun komanda yoldaşı Karlos Sayns ikinci, "Mercedes"in sürücüsü Lüis Hemilton üçüncü yeri tutub.

Son dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen 57 dövrəlik mübarizəni sona çatdıra bilməyib. O, ikinci yerdə getdiyi halda, finişə bir neçə dövrə qalmış yoldan çıxmalı olub.

Komandanın digər üzvü Serxio Peres də üçüncü olduğu mübarizəni bolidində problem çıxdığı üçün sona bir dövrə qalmış bitirməli olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR