İnsanlara hürriyət, millətlərə istiqlal!

Sandudan Dnestryanı bölgənin Rusiyaya birləşdiirlməsi ehtimalına cavab

1682 01.03.2024 16:00 Dünya A A

Moskvanın təhriki ilə Dnestryanı bölgənin Rusiyaya mümkün birləşdirilməsi ilə bağlı şayiələr yayılır.

Musavat.com “Jurnal TV”-yə istinadla xəbər verir ki, bu fikri Moldova prezidenti Maya Sandu bildirib.

“Rusiya təbliğatı belə bir qorxunc nağıl yayıb. Kreml bunu moldovalıları qorxutmaq üçün edir, xüsusən də seçki ilində olduğumuz üçün”, - Sandu bildirib.

Bundan əvvəl Dnestryanə bölgədə  deputatların qurultayı keçirilib. Çağırış Dnestryanı bölgənin “parlament”inin rəhbəri Vadim Krasnoselski tərəfindən irəli sürülüb və buna səbəb olaraq Moldovanın bölgəyə iqtisadi təzyiq etdiyini göstərib. Qurultayda Rusiyanın Federasiya Şurasına və Dövlət Dumasına, BMT-yə, MDB Parlamentlərarası Assambleyasın, Avropa Parlamentinə, ATƏT-ə və Qırmızı Xaç Cəmiyyətinə qətnamə və müraciət qəbul edilib.

Fevralın 28-də Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemon deyib ki, Dnestryanı bölgənin Rusiyaya müraciətindən sonra Fransa digər Aİ ölkələri ilə birlikdə Moldovaya yardımı davam etdirəcək.

Federasiya Şurasının Müdafiə Komitəsi sədrinin birinci müavini Vladimir Çijov bildirib ki, Rusiya Tiraspolun mövcud çağırışlarına mütənasib dəstək verməyə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR