İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifov: “Nəzərdə tutulandan az borclanmışıq”

775 03.11.2022 16:45 İqtisadiyyat A A

“Azərbaycan hökuməti borclanmaya nəzərdə tutulandan az gedib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

O həmçinin bildirib ki, dövlət borcunda xarici borcun payı azaldılmalı, əvəzində daxili borclanma artırılmalıdır: “Daxili borclanma yerli maliyyə bazarlarının dayanıqlılığını artırır. Buna görə də, çalışacağıq ki, xarici borclanmanı sabit saxlayaq və yaxud azaldaq, əvəzində daxili borclanmanı artıraq”.

Xatırladaq ki, Hesablama Palatası “2023-cü il dövlət büdcəsi” haqqında qanun layihəsinə verdiyi rəydə bəyan edib ki, Maliyyə Nazirliyi bu ilin dövlət büdcəsində qalıq olduğu halda, daxili borclanmaya gedib.

“Büdcənin 8 aylıq icra nəticələrinə əsasən, gəlirlər 20 184,7 milyon manat və yaxud 101,8%, xərclər isə 18 151,9 milyon manat və yaxud 100,4% icra edilib, büdcə profisiti 2 032,8 milyon manat təşkil edib. Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 milyon manat vəsait büdcə qalığına yönəldilib. Büdcə profisitlə icra edildiyi halda borclanmaya gedilib ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalıb, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib”, - rəydə qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR