İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda avtomobillər toquşub, xəsarət alanlar var

437 19.06.2022 23:58 Hadisə A A

Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR