İnsanlara hürriyət, millətlərə istiqlal!

Salome Zurabişvilidən Rusiya ilə bağlı SENSASİON açıqlama

1562 26.05.2023 16:39 Region A A

“Aydındır ki, cəmiyyət öz övladlarının gələcəyini kölgə altında qoymayacaq, Avropa seçimindən əl çəkməyəcək. Demokratiyanın birinci qaydası xalqın tələbini yerinə yetirməkdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Müstəqillik Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanın bu gün qeyd etdiyi müstəqillik həm də öz vətəndaşlarını dövlətdən qorumaq deməkdir.

“Biz gürcülər müdafiəni və fədakarlığı bilirdik. Biz azadlığın və sülhün qiymətini bilirdik. Başa düşdük ki, biri digərindən ayrılmazdır. Gürcülər heç vaxt heç bir ölkənin kölgəsində yaşamaq üçün özlərini alçaltmadılar və kimsə düşmənçilik etməsə, heç bir ölkəni fəth etməyə can atmadılar. Rusiya imperiyasının ruslaşdırma siyasətinə və kilsəmizin muxtariyyətinin əlindən alınmasına, freskaların dağıdılmasına baxmayaraq, biz həm dilimizi, həm də inancımızı qoruya bildik”, - deyə Salome Zurabişvili bildirib.

Gürcüstan prezidentinin sözlərinə görə, hakimiyyətin öz vətəndaşlarının şərəf və ləyaqətini düşünməməsi gürcü xalqı üçün təhqirdir.

Zurabişvili qeyd edib ki, müharibədən qorxmayan insan yoxdur.

“Əgər kimsə düşünürsə ki, Rusiya güzəştlər müqabilində Gürcüstanın ərazilərini qaytaracaq, deməli, o, tarixi bilmir”, - deyə Salome Zurabişvili əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR