İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakro Molodoy Bakıya niyə gəlmişdi?

2893 15.03.2024 19:46 Siyasət A A

 

 

Sabah Rusiyanın  “1 saylı “qanuni oğru ”su haqda məhkəmə son qərarı verəcək   

Sabah-martın 16-da “1 saylı qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) tibbi səbəblərə görə cəzasını davam etdirməkdən azad edilməsi ilə bağlı məhkəmə prosesi olacaq. Artıq həkimlərin bununla bağlı müvafiq rəyi var. Başqa bir mənbənin yazdığına görə, onun ad gününədək-20 marta qədər azadlığa buraxılacağı  deyilsə də, bu tarix 23 marta ertələnib. Onun həbs müddəti 2026-cı ildə başa çatırdı, lakin  həkim komissiyasının rəyinə görə,  Zaxari Kalaşovun səhhəti səbəbindən  həbsxanada qala bilməz.  

Məlumata görə, Kalaşovun azadlığa buraxılması ilə bağlı bütün prosesə Federal Penitensiar Xidmətin Krasnodar diyarı üzrə əməliyyat şöbəsinin rəisi Arseni Qavrilov şəxsən nəzarət edir. Əlbəttə ki, o, təkbaşına hərəkət etmir,  Kalaşovun azad edilməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin  birbaşa razılığı ilə gerçəkləşir.

Rusiya mənbələri indidən yazır ki,  Şakro Molodoy    onun azadlığını təşkil edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabitləri ilə çox “güclü əlaqədə” olacaq. Bu isə “qanuni oğru” üçün qəbedilməzdir.

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

og_og_1476332862246221830.jpg (83 KB)

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü “qanuni oğru” Tariel Onianinin (Taro) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirir. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı “kriminal aləmin generalı” kimi keçir. Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.

O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olur. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Tariel Onianinin köməyi ilə İspaniyaya yerləşib. İspaniya polisinin məlumatına görə, Z.Kalaşov burada “On birlərin klanı” adlı gürcü-rus mafiyasına rəhbərlik edib. O, Rusiyanın və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub.
2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirir və bir neçə “qanuni oğru” həbsə alınır. Şakro Molodoy gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilir.

İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun mühakiməsi uzun müddət davam edir. Uzun araşdırmalardan sonra - 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarır.

Bundan sonra onun biznesinə nəzarət uğrunda Tariel Oniani ilə Ded Xasan klanı mübarizə aparır. Belə məlum olur ki, bu çəkişmə Şakro Molodoyun Azərbaycanda nəzarət etdiyi bizneslə də bağlı olub. Belə ki, 2006-cı ildən İspaniya həbsxanasında saxlanılan Şakro Molodoy öz adamını gizlicə Bakıya göndərir. Rusiya mətbuatı yazırdı ki, Ded Xasanın Zaxari Kalaşovun adamını Bakıya göndərməkdə məqsədi Azərbaycan paytaxtında avtomobil biznesinə (söhbət çox güman ki, Rusiya istehsalı olunan avtomobillərin satışından gedir) nəzarət uğrunda Taronun adamları ilə çəkişməni yoluna qoymaq idi.

Digər məlumata görə, 2008-ci ildə kriminal aləmin liderləri həmin məsələ ilə bağlı Bakıda “sxodka” keçiriblər. Bu məqsədlə Rusiyadan Krasnodar Bilo kimi tanınan, Ded Xasan klanında yer alan  Zaxari Kalaşov Bakıya ezam edilib.  Lakin  o zaman Bakı toplantısında anlaşma əldə edilməyib.

sakro.jpg (181 KB)

Ona qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki “Şeraton” hotelinin dayanacağında Şakro Molodoyla birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.

2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə Z.Kalaşovun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Amma onun vəkilləri hər dəfə bu ekstradisiyanın qarşısını alıblar.

Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir. FTX və DİN Kalaşovu 2016-cı ilin iyulunda  həbs edib. Məhkəmə hədə-qorxu yolu ilə pul tələbetmə ittihamı üzrə Rusiya mafiyasının "xaç ata”sı haqda yalnız 2018-ci ildə qərar çıxarıb. Məhkəmədə ona 9 il, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.  

Orxan  ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR