İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakit okeanda güclü zəlzələ səbəbindən sunami təhlükəsi elan olunub

282 19.05.2023 14:42 Son xəbər A A

Mayın 19-da səhər saatlarında Yeni Kaledoniya sahillərində 7,7 bal gücündə güclü zəlzələ baş verib, sunami təhlükəsi var.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya xidməti məlumat yayıb. Seysmoqrafların məlumatına görə, yeraltı təkanın episentri Fici adasının cənub-qərbinə, Yeni Zelandiyanın şimalına, Avstraliyanın isə şərqinə düşür.

Sakit okeanın sunami xəbərdarlığı mərkəzinin proqnozuna görə, Vanuatu adaları rayonunda üç metrlik dalğalar əmələ gələ bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR