İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Çarlz niyə III Çarlz oldu?

3275 09.09.2022 03:33 Gündəm A A

Kraliça II Elizabetin ölmündən sonra onun yerinə keçən şahzadə Çarlz III Çarlz adını alaraq Böyük Britaniyanın yeni kralı olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şahzadə krallıq adını özü seçib. Daha doğrusu, Britaniyanın yeni kralı öz adıyla taxta çıxmağa üstünlük verib.

Köhnə almancada "azad insan" mənasını verən “karl” sözündən gələn “Çarlz” adı tarixən kral dairələrində bəziləri tərəfindən lənət kimi qəbul edilir.

I Çarlz (1625-1649) dövlətə xəyanətə görə açıq şəkildə mühakimə olunan və edam edilən yeganə Britaniya monarxı idi, Şən monarx kimi tanınan II Çarlz (1660-1685) isə uzun illər sürgündə yaşayıb. Onun 13 qeyri-qanuni övladı və çoxsaylı məşuqələri olub. II Çarlzın hökmranlığı vəba və Böyük London yanğını ilə müşayiət olunub.

Yeni monarx bir çox padşahların kral ənənəsinə əməl edə və “Corc” ismini seçərək VII Corc da ola bilərdi.  Çarlzın tarixi səbəblərə və babası VI Corca (1936-1952) olan sevgisinə görə VII Corc adına üstünlük verdiyi barədə şayiələr də yayılmışdı.

Yeni monarxın adı ənənəvi olaraq hökmdarın ölümündən bir neçə gün sonra Londondakı Müqəddəs Ceyms sarayında keçirilən tarixi Varislik Şurasında elan edilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR