İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahmat millimiz 1/4 final oyununa çıxır

515 23.11.2022 11:28 İdman A A

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gələcək.

Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurmuşdu. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR