İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Diniyev: "AFFA Qara və De Byazi arasında vasitəçi olmalıdır"

663 18.11.2022 15:51 İdman A A

"Mənə elə gəlir ki, Azərbaycan Moldova ilə matçda ən yaxşı oyunlarından birini keçirdi. Bunu həm keyfiyyət, həm də oyun baxımından deyirəm".

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib. O, Azərbaycan millisinin 2 gün əvvəl Moldovaya qalib gəldiyi (2:1) yoxlama oyunu barədə fikirlərini bölüşüb:

"Millimiz düşüncəli bir futbol oynadı. Bu, təsadüfi, hesablanmış bir qələbə deyildi. Azərbaycan layiqli qələbə qazandı. Rəqibin gücündən danışmaq istəmirəm. Moldova Avropanın orta səviyyəli komandalarından biridir. O sarıdan məncə, matçda istədiymizi görə bildik. Sadəcə oyunun axırlarında qol buraxmağımız bir az yaxşı olmadı. Bu, həyəcan siqnalı verə bilər. Amma millimiz Moldovaya qarşı baxımlı futbol oynadı".

Diniyev Millətlər Liqasının son 2 görüşü üçün heyətə çağırılmayan Qara Qarayevin bu dəfə də yığmaya dəvət almamasına toxunub. O deyib:

"Bu, yəqin ki, köhnə məsələdir. Belə şeylər bizim, sizin işiniz deyil. Yəqin ki, futbolçu ilə baş məşqçi arasında insident yaranıb. Bunu da onlar ikisi həll etməlidirlər. Əlbəttə ki, Qara Qarayev milli komandamız üçün lazımlı, dəyərli futbolçudur. O, illərdir, yığma üçün can qoyan oyunçulardan biridir. Təbii ki, futbolçu və baş məşqçi ortaq dil tapa bilmirləsə, burada vasitəçi olmalıdır. Vasitəçiliyi də federasiya etməlidir. Onların hər ikisi hazırda bizim üçün lazımlı simalardır".

Diniyev sonda millimizin 2 gün sonra Şimali Makedoniya ilə keçirəcəyi yoxlama oyunu haqda da fikirlərini bölüşüb:

"Şimali Makedoniya ilə matç Moldova ilə görüşdən fərqli olacaq. Ona görə ki, Şimali Makedoniya dünya çempionatının bir addımlığında idi. Finala vəsiqə qazanmaq şansları çox idi. Yəni bu gün Şimali Makedoniya daha yüksək səviyyəli bir milli komandadır. Azərbaycan bu komandaya qarşı 1 nömrə kimi oynaya biləcəksə, nə xoş bizə. Bizi çətin matç gözləyir. Amma bu, yoxlama oyunudur. Komandaların Avropa çempionatına hansı heyətlə, taktiki sxemlərlə gedəcəyi kimi məsələlər üçün bu görüşlər çox vacibdir. Ümid edirəm ki, 4 qələbədən sonra 5-ci də gələcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR