İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verib VİDEO

660 19.03.2024 23:55 Hadisə A A

Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda dağ uçqunu baş verib.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, gün ərzində muxtar respublikada intensiv yağan yağışlar nəticəsində dağ uçqunu qeydə alınıb.

Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR