İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda kütləvi zəhərlənmə olub

397 16.05.2023 19:47 Son xəbər A A

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

"Report" Şimal bürosunun məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.

***

Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

"Report"un Şimal bürosunun xəbərinə görə, bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.

Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR