İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabdda yol qəzasında 4 nəfər xəsarət alıb

361 20.03.2022 09:03 Kriminal A A

18 yaşlı yeniyetmənin ayağı amputasiya edilib.

APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb. Kürkəndi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Rafiq Zabil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək yüksək sürətlə divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1979-cu il təvəllüdlü Abışova Günay Zeynalabdin qızı, onun övladları 1999-cu il təvəllüdlü Aysel və 2002-ci ildə anadan olmuş Ülvi Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib. Sonuncunun ayağı travmatik amputasiya olunub, ana isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə FHN Sabirabad Yanğından Mühafizə Xidmətinin xüsusi xilasetmə briqadası cəlb edilib. Avtomobildə sıxılıb qalan şəxsi xüsusi avadablığın köməyi ilə çıxararaq təcili yardım işçilərinə təhvil veriblər.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR