İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda həyətində çətənə kolu əkən şəxs saxlanılıb

539 16.07.2023 14:25 Kriminal A A

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edir 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR