İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı parlamentdə Çingiz Aytmatovun Heydər Əliyevlə bağlı təklifini səsləndirdi

1038 04.04.2023 13:00 Son xəbər A A

Milli Məclisin iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilir. Birinci vitse-spiker Əli Hüseynli yubiley medalı ilə bağlı məlumat verdi. Deputatlar layihəni alqışlarla qarşıladılar.

Xalq şairi, deputat Sabir Rüstəmxanlı söz alaraq Çingiz Aytmatovun vaxtilə Heydər Əliyevə verdiyi yüksək qiymətdən bəhs etdi və onun təklifini səsləndirdi. O bildirdi ki, Ç.Aytmatov onunla söhbətində Azərbaycanın Nobel mükafatı ilə rəqabət apara biləcək bir mükafat təsis edilməsi təklifini irəli sürüb. S.Rüstəmxanlının sözlərinə görə, Ç.Aytmatov Azərbaycanda Heydər Əliyev Beynəlxalq Mükafatının təsis edilməsini istəyib. “Çingiz Aytmatov bildirdi ki, xahiş edirəm, mənim bu fikrimi Azərbaycan Prezidentinə çatdırın. Mən bu təklifi çatdırmamış Heydər Əliyev Ordeni təsis edildi”.

S.Rüstəmxanlı dedi ki, gec də olsa, bu təklifi səsləndirməyi özünə borc bilir, ola bilsin, dövlət başçısı bu təkliflə bağlı hansısa bir addım atılması barədə qərar versin.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR