İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanl: "ASAN-ın səyyar xidməti xaricdə də fəaliyyət göstərsin"

1163 12.04.2022 12:16 Gündəm A A

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında çıxış edərkən xaricdə yaşayan azərbaycanlıları narahat edən məsələlərdən danışdı.

Deputat təklif etdi ki, ASAN xidmətin səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. “Ötən iclasda biz pasportlar haqqında qərarı müzakirə edərkən bildirdim ki, xarici ölkələrdə olan soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. Buna görə də soydaşlarımız ölkəyə qayıda bilmir. İclasda təklif etmişdik ki, ASAN xidmətin səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. Lakin bu, elə təklif olaraq qaldı. Əksinə, qərar elə qəbul olundu ki, vəziyyət daha da pisləşdi”, - S.Rüstəmxanlı əlavə etdi.

Bundan əlavə, deputat qeyd etdi ki, Rusiya Azərbaycan sərhədindən ölkəmizə keçmək istəyən soydaşlarımız barədə təsbir görülməli və qeyd etdiyim hər iki problem öz həllini tapmalıdır. Deputat Ukraynadan Azərbaycana qayıtmaq istəyənlərin üzləşdikləri çətinliklərdən söz açdı. “Xarkovda konsulluğumuz var, konsul xeyli işlər gördü. Amma səfirlik nə iş gördü, xəbərimiz olmadı”-deyə, bildirdi.

S.Rüstəmxanlı dedi ki, xaricdəki azərbaycanlıların güzəştli qaydada təhsilinə diqqət yetirmək lazımdır, çünki ödənişli təhsil əlavə problemlər yaradır. S.Rüstəmxanlı konkret təkliflə də çıxış etdi: “Dünya azərbaycanlılarının təhsil alması üçün Azərbaycanda Dünya Azərbaycanlıları və yaxud Güney Azərbaycanlıları Universiteti yaradılsın”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR