İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq Xarici işlər naziri Həsən Həsənov Türkiyədə xəstələndi - EKSKLÜZİV FOTO

4557 02.05.2023 20:48 Son xəbər A A

Sabiq Xarici işlər naziri, sabiq səfir Həsən Həsənov Türkiyədə xəstələnib.

Bu barədə Musavat.com-a sabiq nazirlə birlikdə Bursada, tədbirlərdə olan Rauf Arifoğlu məlumat verib.

O deyib ki, H. Həsənovun vəziyyəti tədbirdə qəflətən pisləşib. Onu təcili yardımla "Medicana"(Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.

Yaxınlarının istəyi ilə əməliyyat sabah İstanbulda, xəstəxanalardan birində həyata keçiriləcək.

Rauf Arifoğlu: "Həsən Həsənovun səhhəti qənaətbəxşdir, biz onu təcili yardım məntəqəsində ziyarət etdik. Zarafatından qalmırdı və əhval - ruhiyyəsi yaxşı idi. Allah şəfa versin".

Musavat.com xəbər verir ki, bir qrup tanınmış Azərbaycan vətəndaşı Bursada tədbirlərdədir. Onlar Azərbaycanın Ümummili lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbirlərində iştirak edirlər.

Tədbirlərdən çəkilən fotoları və H. Həsənovun xəstələnməsindən yarım saat öncə çəkilən fotosunu eksklüziv olaraq təqdim edirik.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR