İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq prezidentin fabriki BOMBALANDI: Ölən və yaralananlar var - VİDEO

1336 24.01.2026 12:18 Dünya A A

Kiyevdə Rusiya ordusunun hücumu nəticəsində şirniyyat fabriki "Roshen"in müəssisəsi zərər görüb.

Musavat.com xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb.

Məlumata görə, fabrikin yuxarı mərtəbəsi dağılıb. Hücum nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Millət vəkili Aleksey Qonçarenko bildirib ki, atəş zamanı məhz "Roshen" fabriki hədəf alınıb. Onun sözlərinə görə, həm istehsal, həm də ofis sahələri zərər görüb. Bundan əlavə, fabrikin yanında yerləşən meydan, buz meydançası və fəvvarə də dağıntılara məruz qalıb.

Qeyd edək ki, "Roshen" Ukrayna və Şərqi Avropanın ən böyük  şirniyyat şirkətlərindən biridir. Brend həm ölkə daxilində, həm də xaricdə məşhurdur və məhsulları dünyanın onlarla ölkəsində satılır. Şirkətin adı Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun soyadının qısaldılmasından yaranıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR