İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq direktora AĞIR QƏZA: "Hər dəfəsində vətəndaşları..."

887 29.08.2023 16:58 Kriminal A A

Şəki Ağır Cinayətlər Məhkəməsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru, 40 yaşlı Alim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Alim Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərrüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, müxtəlif sayda söhbətgahların salınması və digər tikililərin inşa edilməsinə şərait yaradıb və bunun üçün külli miqdarda pul alıb. Alim Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən Alim Əlizadə ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, barəsində yazılanların yalan olduğunu, ona müraciət edən vətəndaşlara yalnız məsləhət verdiyini, düzgün istiqamət göstərdiyini deyib.

“Yeni direktor təyin olunanda bir çox vətəndaşlar vaxtı keçmiş müqavilələrin təzələnməsi və yaxud təzə müqavilələrin bərpa olunması ilə bağlı idarəyə müraciət edirdilər. Həmin şəxslərə istiqamətləndirirdim ki, müqavilə vermək bizim idarənin səlahiyyətində deyil. Bunun üçün nazirliyə müraciət etmək lazımdır. Hər dəfəsində vətəndaşları nazirliyə yönəldirdim” - o bildirib.

Məhkəmədə bəlli olub ki, Alim Əlizadə bu vəzifəyə 3 il əvvəl təyinat alıb. Ona qədər mərkəzin direktoru İlqar Qəribov olub. O, işində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi başlanıb və həbs olunub. Onun yerinə Alim Əlizadə təyin edilib. Lakin Alim Əlizadənin də anoloji əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bundan sonra Alim Əlizadə işdən çıxarılıb, barəsində cinayət işi başlanıb. Məhkəmədə zərərçəkmişin nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə dəymiş ümumilikdə 68 min 403 manat məbləğində ziyanın ödənilməsini tələb edib. Məhkəməsinin hökmünə əsasən, Alim Əlizadəyə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR