İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Putin Paşinyanı özünə ram edə biləcəkmi? – Elşad Musayevlə “Canlı debat”

668 18.04.2022 11:30 Gündəm A A

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını hansı qüvvələr istəmir? Paşinyan əleyhinə Ermənistanın daxilində qızışdırıcı fəaliyyəti Rusiya koordinasiya edir, ya Qərbdəki mərkəzlər dayanır bu işin arxasında? Aprelin 17-də İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağın Ermənistana birləşdirilməsi haqda çağırışlar ediblər.

Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün Rusiyanın hərəkətə keçdiyi iddia edilir. Xatırladaq ki, bu görüşdən iki gün sonra Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağa danışıqları üçün xüsusi nümayəndə təyin edib.

Aprelin 19-da isə Ermənistanın Baş nazirinin Moskvaya səfəri gözlənilir. Putin Paşinyanla nə danışacaq? Bu səfərdən nə gözləmək olar? Rusiya Paşinyanı Brüssel razılaşması pozmağa vadar, məcbur edə bilərmi? Ermənistan baş naziri bu addıma gedərmi?

Ermənistanla danışıqları pozulsa, Paşinyan Brüssel görüşündə əldə edilən ilkin razılaşmaları sabotaj etsə, paraleldə Qarabağda atəşkəs pozulsa, Azərbaycan hərbi gücə əl ata bilərmi? Bu haqdan istifadə etsək, beynəlxalq birliyin müqaviməti ilə üzləşmərik? Qarabağda hələ də qanunsuz erməni silahlı birləşmələri qalır. Təkcə bu fakta görə Azərbaycan bölgədə antiterror əməliyyatı keçirə bilərmi?

Ukrayna prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib ki, bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır. O, həmçinin Rusiyanın Ukraynaya qarşı nüvə və ya kimyəvi silahdan istifadə edə biləcəyini istisna etməyib. Xatırladaq ki, Putin müharibənin ilk günlərində nüvə qüvvələrinə xüsusi hazırlıq əmri verib. Bundan sonra dünyada bir narahatlıq baş yarandı. Rusiyanın bu addımı ata biləcəyi istisna edilmədi, elə indi də edilmir. Zelenskinin bu bəyanatı nə dərəcədə inandırıcıdır? Rusiya Ukraynaya taktiki nüvə silahları ilə hücuma başlasa, NATO-nun, Pentaqonun, Britaniyanın, Fransanın reaksiyası necə olar? Bu, dünyada nüvə müharibəsinin başlanmasına gətirib çıxararmı?

Zelenskinin bu açıqlaması ilə təxminən eyni vaxtda Şimali Koreya nüvə potensialına malik "yeni tipli taktiki silah"ın sınağını müşahidə edib. Ş.Koreya Rusiyanın müttəfiqidir. Kim Çen In bununla rusiyalı həmkarına və müttəfiqinə dəstək mesajı vermiş ola bilərmi?

Bu və gündəmdəki bir çox mövzuları bu gün Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR