İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların Ukraynaya atdığı Şimali Koreya raketləri ilə bağlı şok tədqiqat: Komponentərin 90 faizi...

1562 20.02.2024 22:31 Dünya A A

Rusiyanın Ukraynaya atdığı Şimali Koreya istehsallı raketlərdə Avropa və Amerika Birləşmiş Ştatlarının şirkətlərinin məhsulu olan yüzlərlə komponent aşkar edilib. Bu nəticəyə Britaniyanın Conflict Armament Research (CAR) tədqiqat təşkilatı gəlib.

CNN-in məlumatına görə, tədqiqatçılar 2024-cü ilin yanvarında Xarkovda tapılan Şimali Koreyaya məxsus ballistik raketin qalıqlarından 290 komponenti tədqiq ediblər. Məlum olub ki, elementlərin 75 faizi Amerika qeydiyyatı olan şirkətlər tərəfindən hazırlanıb satılıb.

Tədqiqatçılar raketdə tapılan komponentlərin daha 16 faizinin Avropada, 9 faizinin isə Asiyada qeydiyyatdan keçmiş şirkətlərlə əlaqəli olduğunu müəyyən ediblər. Beləliklə, Şimali Koreyanın raketləri ABŞ, Çin, Almaniya, Yaponiya, Hollandiya, Sinqapur, İsveçrə və Tayvanda istehsal olunan komponentlərlə yığdığı aydın olub.

Analitiklər tərəfindən araşdırılan komponentlərin 2021-2023-cü illər arasında istehsal edildiyi qeyd olunur. Mütəxəssislər bu istehsal tarixlərinə əsaslanaraq bildirirlər ki, raketlər “2023-cü ilin martından əvvəl yığıla bilməzdi”.

Tədqiqatçılar vurğulayırlar ki, Şimali Koreya “təxminən iyirmi ildir ki, qüvvədə olan sanksiyalardan yayınmağa və komponentlərin əldə edilməsinə imkan verən güclü şəbəkə inkişaf etdirib”.

Dekabrın 30-dan fevralın 7-dək Rusiya işğalçı qüvvələri Ukrayna ərazisinə Şimali Koreya istehsalı olan ən azı 24 ballistik raket atıb. Bu silahlarla düşmən ölkənin 7 rayonuna 12 hücum həyata keçirib. Ukraynanın baş prokuroru Andrey Kostin vurğulayıb ki, ruslar bu raket hücumları nəticəsində azı 14 dinc sakini öldürüb, 70-dən çox ukraynalı isə yaralayıb.

Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Junq Kook qeyd edib ki, KXDR Ukraynaya qarşı müharibədə istifadə etmək üçün öz raketlərini ruslara verməklə Ukraynadan nüvə yükü daşıya bilən raketlərin sınaq poliqonu kimi istifadə edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR