İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ruslar tərəfindən təhdid edildik" - Hitler və Mussolini şəkilləri ilə olan şərab istehsalı dayandırıldı

1138 23.08.2022 14:48 Gündəm A A

İtaliyada 27 ildir şərab şüşələrinə Adolf Hitler və Benito Mussolininin fiqurlarını işləyən şirkət ruslardan təhdidlər aldığını bildirərək istehsalı dayandırıb.

Musavat.com xəbər verir ki, Şimali İtaliyanın Friuli Venezia Giulia bölgəsində yerləşən "Lunardelli şərabları" 1995-ci ildən bəri kommunist, nasist və faşist liderlərin şəkilləri olan etiketlərdən istifadə edir.

İtaliyada bəzi supermarketlərdə və internetdə satılan "Lunardelli şərabları" arasında nasist şüarları ilə bəzədilmiş şərablar da var. Şərab zavodunun ən çox tələb olunan məhsulları Hitlerin rəsmləri ilə birlikdə satılan şərablardır. Şirkət məhsullarının sırf kommersiya məqsədli olduğunu və siyasi təbliğat aparmadığını iddia etsə də, illərdir zaman-zaman reaksiyalara və müzakirələrə səbəb olub.

Без названия (6).jpg (79 KB)

Nəhayət, avqustun əvvəlində İtaliyanın Jesolo şəhərində bir supermarketdə avstriyalı turist bu şərablara rast gələrək sosial şəbəkədə paylaşandan sonra “diktator şərabları” yenidən gündəmə gəlib.

Avstriyanın "Heute" xəbər saytına danışan turist Dagmar Millesi butulkaları görəndə dəhşətə gəldiyini, satıcının isə yaşadığı şokdan təəccübləndiyini bildirib. Son günlər İtaliya ilə yanaşı, Avropa və Amerikada da xəbər mövzusu olan "Lunardelli şərabları"na reaksiya və boykot çağırışları başlayıb.

ABŞ və Avropadakı yəhudi təşkilatlarından da bəyanatlar səslənib.

авав.jpg (79 KB)

İtaliya mətbuatı son reaksiyalardan sonra şərab evinin bu “tarixi silsilə”ni bitirmək qərarına gəldiyini açıqlayıb. Şirkət 2023-cü ildən etibarən Hitler və Mussolininin şəkilləri olan şərabların satışını dayandıracaq.

Şirkətin qurucusu olan atası Alessandro Lunardellinin bu gün 80 yaşı olduğunu və ittihamlardan bezdiyini izah edən Andrea Lunardelli deyib:

“Bu yaxınlarda ruslardan ölüm təhdidləri aldıq. Ruslar İtaliyada nasist varlığının sübutu kimi bizim şüşələrimizdən təbliğat məqsədilə istifadə edirdilər. Biz nasist deyilik. Bir neçə aydan sonra şirkətə rəhbərlik edəcəm. Şirkətin adı dəyişdiriləcək, hər şey yenilənəcək və seriyada olan 125 şüşənin hamısı yığışdırılacaq”.

Qeyd edək ki, şirkət mübahisəli şərabların satışını dayandırsa da, İtaliyanını faşist diktatoru Mussolininin yer aldığı içki seriyasını hələ də marketlərdəki rəflərdən yığışdırmayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR