İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Vnukovo aeroportu boşdayanma rejiminə keçib

724 25.04.2022 09:52 Region A A

Moskvanın Vnukovo aeroportu işçi qəbulunu dayandırıb və əməkdaşlarının bir qismini məcburi boşdayanmaya göndərib.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

Bildirilir ki, aeroport əməkdaşlarının bir hissəsi yarımçıq iş rejimində - həftədə 5 deyil, 4 gün işləyir. Əməkdaşların 30%-nə ixtisar ediləcəkləri barədə bildiriş verilib. Lakin hələlik heç kim işdən çıxarılmayıb.

Qərbin sanksiyalarına görə aeroportda sərnişin dövriyyəsi kəskin azalıb. Ötən ay aeroport cəmi 990 min sərnişinə xidmət edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% azdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR