İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın təhsil nazirindən əcaib çıxış - VİDEO

3181 14.02.2024 15:29 Region A A

Rusiyanın təhsil naziri Valeri Falkov heç vaxt mükafat almamış alimləri Nobel mükafatı laureatı adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, xüsusi müraciətində danışıb.

Belə ki, Valeri Falkov Rusiya Elm Günü üçün videomüraciət yazaraq, təbiətşünas İvan Seçenov və kimyaçı Aleksandr Butlerovun adını çəkərək, onları "Rusiyanın fəxri" və "Nobel mükafatçıları" kimi təqdim edib.

Qeyd edək ki, 19-cu əsrdə yaşamış bu alimlər heç vaxt sözügedən mükafatı almayıblar.

Video böyük universitetlərin sosial şəbəkələrində demək olar ki, bir gün qalıb və bu müddət ərzində heç kim bu xətanı hiss etməyib. Ölkədə təhsilə cavabdeh olan Falkov 2020-ci ildən nazir vəzifəsində çalışır, bundan əvvəl Tümen Dövlət Universitetinin rektoru və "Vahid Rusiya" partiyasından deputat olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR