İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiyanın sualtı qayıqları rabitə kabellərinə təhlükədir” -Stavridis

317 23.02.2024 11:16 Dünya A A

NATO-nun keçmiş komandanı Ceyms Stavridis Bloomberg üçün yazdığı məqalədə Rusiyanın sualtı qayıqlarının rabitə kabellərinin çəkildiyi dərin ərazilərə dalmaq qabiliyyətinə malik olmasından narahatlığını ifadə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Stavridis həmçinin bu rabitə kabellərinin kifayət qədər etibarlı olmadığını, hər gün bir çox maliyyə əməliyyatlarının onlardan keçdiyi barədə xəbərdarlıq edib. NATO-nun keçmiş baş komandanı kabellərin sualtı hissələrini “həssas Axilles dabanı” adlandırıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-da kosmosdan gələn Rusiya təhlükəsi müzakirə olunmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR