İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “Starlink” xidmətlərindən oğurluğunun qarşısı alınıb - Pentaqon

719 11.05.2024 00:54 Dünya A A

Rusiya hərbçiləri tərəfindən Starlink peyk rabitə terminallarından qanunsuz istifadənin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, rusların “oğurluğununun” qarşısını “SpaceX” şirkətinin mütəxəssisləri və Ukrayna ilə birgə işləyən Pentaqon əməkdaşları alıblar.

BBC xəbər verir ki, Ukrayna ordusu bu terminalların çoxundan cəbhədə istifadə edir və məlumatlara görə, Rusiya ordusu bir müddətdir ki, qanunsuz qoşulma ilə onlardan öz ehtiyacları üçün istifadə etmiş ola bilər.

ABŞ müdafiə nazirinin kosmos məsələləri üzrə müşaviri Con Plumb Rusiyanın hərbi sisteminə icazəsiz giriş probleminin həll olunduğunu bildirib: “Biz bu günə qədər rusların terminallardan istifadəsini uğurla dayandırdıq, lakin mən əminəm ki, Rusiya “Starlink” və digər kommersiya kommunikasiya sistemlərindən istifadə yollarını axtarmağa davam edəcək”.

Bu həftə rusiyalı Starlink istifadəçiləri görünməmiş rabitə problemlərindən şikayət etməyə başlayıblar.

Bloomberg xatırladır ki, 2022-ci ilin may ayına qədər Ukrayna 10 min Starlink terminalı alıb. Pentaqon daha sonra SpaceX-ə 23 milyon dollar dəyərində illik müqavilə bağlayıb və onun müddəti bu ilin may ayında başa çatır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR