İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın son zərbələri Ukraynanın enerji sisteminə 230 milyon dollar zərər vurub

596 06.04.2024 00:51 Dünya A A

Rusiyanın raket zərbələrindən sonra Ukraynanın enerji sisteminin bərpasının dəyəri 230 milyon dollar təşkil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkətinin baş direktoru Maksim Timçenko danışıb.

Bloomberg-ə müsahibəsində o, şirkətin bu məbləğin demək olar ki, yarısını ödəyə biləcəyini, eyni zamanda xarici yardım gözlədiyini deyib. Timçenko həmçinin qeyd edib ki, holdinq artıq bərpa işləri üçün lazım olan hər şeyin siyahısını hökumətə təqdim edib: “Məqsədimiz yaxın üç-dörd ay ərzində gücün 50 faizini bərpa etməkdir”. O, ümumi istehsal gücünün 80 faizinin itirildiyini bildirib.

Timçenko əlavə edib ki, hazırda Ukraynada hər şey hava hücumundan müdafiə sistemlərindən asılıdır.

Aprelin 3-də təsisçisi ən zəngin ukraynalı iş adamı Rinat Axmetov olan DTEK enerji holdinqi enerji sistemindəki vəziyyəti son dərəcə çətin adlandırıb. Mətbuat xidməti xatırladıb ki, martın 22 və 29-da Rusiyanın amansız hücumlarından sonra şirkət generasiya gücünün 80 faizini itirib, altı istilik elektrik stansiyasından beşinə ciddi ziyan dəyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR