İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft gəlirləri kəskin azaldı  

1205 14.10.2022 15:19 İqtisadiyyat A A

Sentyabr ayında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2022-ci il ərzində ən aşağı səviyyəyə enməklə 15,3 milyard dollar təşkil edib.

Musavat.com Beynəlxalq Enerji Agentliyinə istinadən xəbər verir ki, bu göstərici avqustdakından 17,3 faiz, yaxud 3,2 milyard dollar aşağıdır.

Gəlirlərin azalması sentyabr ayında Rusiyanın neft ixracının azalması, dünya bazarında qiymətlərin düşməsi ilə bağlıdır.

Belə ki, sentyabr ayı ərzində Rusiyanın gündəlik neft və neft məhsulları ixracı 390 min barel (260 min bareli xam neft olmaqla) azalaraq 2,6 milyon barel təşkil edib. Bu zaman Rusiya neftinin alıcıları arasında Avropanın payı ilin əvvəlindəki 50 faizdən 35 faizə düşüb.

Ötən ay dünya bazarında Rusiyanın ixrac etdiyi Urals markalı neftin orta qiyməti 8,7 faiz ucuzlaşaraq 68,65 dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR